Elxan Məmmədov: "Ortada nəsə var ki, bu cəzanı tətbiq etmişik”

Elxan Məmmədov: "Ortada nəsə var ki, bu cəzanı tətbiq etmişik” "İspaniya Futbol Federasiyasına 50 milyon avro ödəməkdənsə, Premyer Liqada 10-14 komanda saxlamaq yaxşı olardı"
Futbol
20 Dekabr , 2017 13:15
Elxan Məmmədov: Ortada nəsə var ki, bu cəzanı tətbiq etmişik”
AFFA-nın baş katibi Elxan Məmmədov / Report/ Elshan Baba

Bakı. 20 dekabr. REPORT.AZ/ “Hazırda bu məsələ ilə bağlı araşdırma davam edir. Bu gün hər şeyi açıb desək, araşdırmanı heç etmiş olarıq". 

"Report"un məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov danışılmış oyunlarda iştirak etmələri səbəbindən ömürlük futboldan uzaqlaşdırılan şəxslər barədə danışarkən deyib. O, faktla əlaqədar prokurorluğa müraciət etdiklərini bildirib: "Futbolçu qəsdən zəif oynadığını etiraf edirsə, bu, futbol qanunlarına zidd haldır. Ortada nəsə var ki, bu cəzanı tətbiq etmişik”.

Baş katib Azərbaycan tərəfinin İspaniya Futbol Federasiyasına sponorluq üçün 50 milyon avro ödəməyə hazır olduğu barədə AS nəşrinin yazdıqlarına da münasibət bildirib: "Xeyr, belə bir şey yoxdur. Bu, marketinq addımlarıdır. Belə edirlər ki, bizim tərəfdən də maraq yaransın. Türkiyə mətbuatında da SOCAR-ın adı hallanmışdı. Sponsorıuqdansa, Premyer Liqada 10-14 komanda saxlamaq yaxşı olardı". 

Son xəbərlər

Orphus sistemi