Elxan Məmmədov Davor Şukerlə görüşüb

Elxan Məmmədov Davor Şukerlə görüşüb AFFA-nın baş katibi seçki platformasını HNS prezidentinə təqdim edib
Futbol
6 Mart , 2017 14:52
Elxan Məmmədov Davor Şukerlə görüşüb
Affa.az

Bakı. 6 mart. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov Xorvatiya Futbol Federasiyasının (HNS) prezidenti Davor Şuker ilə görüşüb. "Report"un məlumatına görə, görüşdə iki milli assosiasiya arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. 

E.Məmmədov UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizəd kimi seçki platformasını HNS prezidentinə təqdim edib.

Qeyd edək ki, seçki aprelin 5-də Finlandiyanın paytaxtı Helsinkidə UEFA-nın növbəti konqresi çərçiəvsində keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi