Elxan Abdullayev: "Neftçi” bu qələbələri çoxdan qazanmalı idi"

Elxan Abdullayev: "Neftçi” bu qələbələri çoxdan qazanmalı idi" “Qarşıda 2 oyunumuz var, hər iki oyunu qələbə ilə başa vurmalıyıq”
Futbol
15 Aprel , 2017 22:08
Elxan Abdullayev: Neftçi” bu qələbələri çoxdan qazanmalı idi

Bakı. 15 aprel. REPORT.AZ/ "Bu gün layiqli qələbə qazandıq. Komandamı təbrik edirəm. Başqa deyəcək bir sözüm yoxdur".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının XXVI turunda evdə AZAL-ı 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

Daha sonra 47 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

Əvvəlkilərdən fərqli olaraq, oyundan sonra futbolçularla birgə azarkeşlərə yaxınlaşmadınız...

- Mən heç vaxt azarkeşlərə yaxınlaşmamışam. Azarkeşlə nə işim var? Sağ olsunlar, azarkeşlik edirlər, ancaq heç vaxt onlara yaxınlaşmamışam.

Sizcə, hər şey son turda həll ediləcək?

- Proqnoz verə bilmərəm. Yalnız onu deyə bilərəm ki, qarşıda 2 oyunumuz var, hər iki oyunu qələbə ilə başa vurmalıyıq.

Qələbəyə rəğmən, əhvalınız yoxdur sanki...

- Niyə sevinməliyəm ki?

Komandanız 4:0 hesabıyla qalib gəlib...

- Komanda bu qələbələri çoxdan qazanmalı idi.

Son xəbərlər

Orphus sistemi