"Səbail”in baş məşqçisi: "Şəhriyar Rəhimovla Təmkin Xəlilzadə ilk dəqiqələrdən baş-başa gəldi" - YENİLƏNİB

"Səbail”in baş məşqçisi: "Şəhriyar Rəhimovla Təmkin Xəlilzadə ilk dəqiqələrdən baş-başa gəldi" - YENİLƏNİB Bakı. 17 fevral. REPORT.AZ/ “Futbolçularımı təbrik edirəm. İki fərqli hissə izlədik. İlk 10 dəqiqəni yaxşı keçirdik. Sonra boşluqlar verməyə başladıq, amma rəqib istifadə edə bilmədi. Fasilədə müəyyən tapşırıqlarımızı qeyd etdik, oyunçular boşluqları aradan qaldırdı. Rəqib turnir cədvəlində yaxın idi. Ona görə vacib qarşılaşma hesab olunurdu. Onların da təhlükəli epizodları bundan qaynaqlanırdı. Fəhmin hücum etməyi xoşlayır. Jarjue də hücuma çox aludə olurdu. Nəticədə həmin cinahda boşluqlar yaranırdı. Onlara diqqətli olmağı tapşırdıq.
Futbol
17 Fevral , 2019 19:51
Səbail”in baş məşqçisi: Şəhriyar Rəhimovla Təmkin Xəlilzadə ilk dəqiqələrdən baş-başa gəldi - YENİLƏNİB
Aftandil Hacıyev

Bakı. 17 fevral. REPORT.AZ/ “Futbolçularımı təbrik edirəm. İki fərqli hissə izlədik. İlk 10 dəqiqəni yaxşı keçirdik. Sonra boşluqlar verməyə başladıq, amma rəqib istifadə edə bilmədi. Fasilədə müəyyən tapşırıqlarımızı qeyd etdik, oyunçular boşluqları aradan qaldırdı. Rəqib turnir cədvəlində yaxın idi. Ona görə vacib qarşılaşma hesab olunurdu. Onların da təhlükəli epizodları bundan qaynaqlanırdı. Fəhmin hücum etməyi xoşlayır. Jarjue də hücuma çox aludə olurdu. Nəticədə həmin cinahda boşluqlar yaranırdı. Onlara diqqətli olmağı tapşırdıq".

"Report"un məlumatına görə, bunu "Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XVII turunda “Sabah”ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis görüş zamanı yaşanan insidentə də münasibət bildirib: “Matçın gedişində söyüşə qətiyyən yol vermək olmaz. Şəhriyar Rəhimovla Təmkin Xəlilzadə ilk dəqiqələrdən baş-başa gəldi. Belə məqamda diqqətli olmaq lazımdır. İradlarımızı futbolçulara bildirdik. Mentalitetimiz buna imkan vermir”.

Hacıyev bəzi oyunçuların fərdi çıxışlarının onu qane etmədiyini də vurğulayıb: “Hücumda Okenin aktiv olmasını istədik. Bundan sonra dəyişiklik yarandı. Birinci hissədə də yaxşı məqamlar oldu. İrriberi hələ tam hazır deyil. Uyğunlaşma prosesi gedir. Ruslan Qurbanov isə zədəlidir. Oke daha hazır olduğuna görə hücumda yer aldı. Bizim üçün hər oyun çətin olur. Premyer Liqa mənim üçün də yeni həyəcan, fərqli təcrübədir. Futbolçu kimi yaşasam da, baş məşqçi kimi ilk işimdir. Sonrakı turlarda necə olacaq, bilmirik. Zaman göstərəcək. Son 3 turda 2 qələbəmiz var. Davamını gətirmək istəyirik. Birinci hissədə futboçularda həyəcan var idi. Sonra axını dəyişə bildik. Komandamdan razı qaldım. Amma bəzi diqqətsizlik olur ki, bu, narahat edir”.


***18:25

"Birinci hissədə yaxşı imkanlar əldə etdik, amma epizodlardan istifadə edə bilmədik. İkinci yarıda isə rəqib boşluq tapdı və bundan yararlandı. Onlar ikinci hissədə bizdən yaxşı oynadılar. Biz qol vəziyyəti yarada bilmədik. Heyətlə bağlı, konkret hücumçu problemimiz var. O hissədə Cavidi oynadırdıq, amma ona top çatmırdı”.

"Report"un məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə “Səbail”ə 0:1 hesabı ilə uduzduqları sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bəzi futbolçuların çıxışından razı qalmadığını da vurğulayıb: “Təmkin Xəlilzadə “Zirə” ilə matçda daha yaxşı oynamışdı. Çoşqun Diniyev isə çalışır, amma hələ ki, həmin Coşqun deyil. Cavidi bu gün öz mövqeyində oynatmırdıq. Deviçin yoxluğu hiss olundu. Hazırda bir-iki hücumçu ilə danışıq gedir. Azad agent statusunda olan futbolçulardır, alınsa, transfer edəcəyik”.

Son xəbərlər

Orphus sistemi