Elnur Cəfərov Xorvatiya klubuna keçəcək

Elnur Cəfərov Xorvatiya klubuna keçəcək Azərbaycan milli komandasının futbolçusu karyerasını yenidən xaricdə davam etdirəcək
Futbol
23 Avqust , 2016 01:51
Elnur Cəfərov Xorvatiya klubuna keçəcək

Bakı. 23 avqust. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Elnur Cəfərov karyerasını yenidən xaricdə davam etdirəcək.

"Report"un məlumatına görə, bu haqda məlumat verən AFFA-nın baş katibi Elxan Məmmədov 19 yaşlı yarımmüdafiəçinin karyerasını Xorvatiyada davam etdirmə variantının reallaşmaq üzrə olduğunu bildirib: "Bu ölkənin yüksək liqasında oynayan 2 klubla danışıqlar gedir. Çox güman ki, tezliklə Elnurun həmin komandanın üzvü olması xəbərini eşidəcəyik. Düzü, 2 klub olduğundan, ad çəkə bilmirəm. Gəlin, bir az gözləyək, çünki məsələ tam həll olunmayıb".

E. Məmmədov Portuqaliyanın yüksəl liqa təmsilçisi "Tondela"da qısamüddətli legioner həyatı yaşayan, rəsmi debüt edən bilməyən futbolçunun ruhdan düşməməsini və yenidən ölkə kənarında oynamaq istəyini alqışlayıb: "Təbii ki, Elnurun çox müsbət keyfiyyətləri var. Ancaq bir müsbət cəhətini də deməliyəm ki, xaricdə oynamaq istəyir. Baxmayaraq ki, Portuqaliyada karyerası alınmadı. Qayıdan kimi yenə təşəbbüs göstərdi və arzuladı ki, bir daha xaricdə oynasın. Biz də bunun gerçəkləşməsinə çalışırıq. Milli komandanın futbolçuları nə qədər çox xaricdə yüksək liqada oynasalar, bir o qədər yaxşıdır".

Xatırladaq ki, "Tondela" Portuqaliyada yeni çempionatın startı öncəsi Elnur Cəfərovla müqaviləsini pozub.  

Son xəbərlər

Orphus sistemi