Yuxarı

Elmar Baxşıyev: "Layiqli heç-heçəyə nail olduq"

Elmar Baxşıyev: "Layiqli heç-heçəyə nail olduq"

"Matçdan öncə hansı taktika ilə oynayacağımız üzərində işləyirdik. Öz oyun üslubumuzu yeridə bildik və layiqli heç-heçə əldə etdik".

"Report" xəbər verir ki, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransında deyib. 

Gənc mütəxəssis komandada irəliləyişlərin olduğunu bildirib: "Hər gün komanda ilə birgəyik. Hiss edirdik ki, kollektiv oyuna hazırdıq. Planlaşdırdığımızı "Zirə" ilə yoxlama oyununda da gördük. Ardını isə bu matçda gətirdik".

Baxşıyev baş məşqçi postunda Sənan Qurbanovu əvəzlədikdən sonra ciddi dəyişiklik etmədiklərini söyləyib: "Eyni komanda, eyni oyunçulardır. Heç nə dəyişməmişik. Sadəcə, kollektiv nəticəyə inanır. İşimiz komandanı optimal formaya gətirməkdir. "Qarabağ"ın adı kifayət edir ki, komanda matça motivasiyalı çıxsın".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi