Azərbaycanlı FİFA hakimi dünya çempionatının seçmə qrup oyununa təyinat alıb

Azərbaycanlı FİFA hakimi dünya çempionatının seçmə qrup oyununa təyinat alıb Gənc referi noyabrın 13-də iş başında olacaq
Futbol
26 Oktyabr , 2016 12:27
Azərbaycanlı FİFA hakimi dünya çempionatının seçmə qrup oyununa təyinat alıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycanlı FİFA referisi Əliyar Ağayev 2018-ci il dünya çempionatının Avropa qitəsi üzrə seçmə qrup mərhələsinin oyununa təyinat alıb. Bu barədə "Report"a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, Ə.Ağayev noyabrın 13-də keçiriləcək oyunlardan birini idarə edəcək. 29 yaşlı referinin hansı görüşdə iş başında olacağı yaxın günlərdə açıqlanacaq. 

Qeyd edək ki, noyabrın 13-də Kipr - Cəbəllütariq, İsveçrə - Farer adaları, Macarıstan - Andorra, Bolqarıstan - Belarus, Luksemburq - Hollandiya, Portuqaliya - Latviya, Belçika - Estoniya və Yunanıstan - Bosniya və Herseqovina oyunları keçiriləcək.

Son xəbərlər

Orphus sistemi