Əliyar Ağayev Avropa Liqasında İspaniya klubunun oyununu idarə edəcək

Əliyar Ağayev Avropa Liqasında İspaniya klubunun oyununu idarə edəcək Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.
Futbol
21 Oktyabr , 2019 13:32
Əliyar Ağayev Avropa Liqasında İspaniya klubunun oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

"Report"un məlumatına görə, 32 yaşlı beynəlxalq dərəcəli hakim H qrupunun "Lüdoqorets" (Bolqarıstan) - "Espanyol" (İspaniya) matçını idarə edəcək. 

24 oktyabr

UEFA Avropa Liqası, qrup mərhələsi III tur

H qrupu

20:55."Lüdoqorets" (Bolqarıstan) - "Espanyol" (İspaniya)

Baş hakim: Əliyar Ağayev

Yan xətt hakimləri: Zeynal Zeynalov, Akif Əmirəli

Dördüncü hakim: Orxan Məmmədov

Hakim-inspektor: Paskal Qaribian (Fransa)

UEFA nümayəndəsi: Mark Bos (Niderland)

Qeyd edək ki, qarşılaşma Razqrad şəhərindəki "Lüdoqorets Arena"da keçiriləcək. Bu, Əliyar Ağayevin cari mövsüm avrokuboklarda qrup mərhələsinə ilk təyinatıdır. 

Son xəbərlər

Orphus sistemi