Əlcəzair millisinə yeni baş məşqçi təyin olunub

Əlcəzair millisinə yeni baş məşqçi təyin olunub O, Toni Adamsın sələfidir
Futbol
13 Aprel , 2017 19:24
Əlcəzair millisinə yeni baş məşqçi təyin olunub

Bakı. 13 aprel. REPORT.AZ/ Lukas Alkaras Əlcəzair milli komandasına yeni baş məşqçi təyin olunub. 

"Report"un məlumatına görə, ispaniyalı mütəxəssis La Liqada çıxış edən "Qranada"dan istefaya göndərildikdən cəmi 3 gün sonra bu vəzifəni tutub.

O, aprelin 10-da "Valensiya"ya 1:3 hesablı məğlubiyyətdən sonra qovulub. Akaresi "Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams əvəzləyib. Hazırda "Qranada" İspaniya çempionatında 19-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Əlcəzair millisinin əvvəlki baş məşqçisi Jorj Lekens olub. O, yığmanın Afrika Kubokundakı uğursuz çıxışından sona istefaya göndərilib. 

Son xəbərlər

Orphus sistemi