Əlcəzair millisi Afrika Millətlər Kubokunun qalibi olub

Əlcəzair millisi Afrika Millətlər Kubokunun qalibi olub Misirin paytaxtı Qahirənin Cairo International stadionunda Seneqal və Əlcəzair milli komandaları arasında futbol üzrə Afrika Millətlər Kuboku - 2019-un final matçı keçirilib.
Futbol
20 İyul , 2019 00:57
Əlcəzair millisi Afrika Millətlər Kubokunun qalibi olub

Misirin paytaxtı Qahirənin "Cairo International" stadionunda Seneqal və Əlcəzair milli komandaları arasında futbol üzrə Afrika Millətlər Kuboku - 2019-un final matçı keçirilib.

“Report” xəbər verir ki, oyun Əlcəzair yığmasının 1-0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolun müəllifi 2-ci dəqiqədə fərqlənən Bağdad Buneca olub.

Kubokda üçüncü və dördüncü yerləri müvafiq olaraq Nigeriya və Tunis komandaları tutub.

Turnirin ən yaxşı bombardiri 5 qolla Nigeriya yığmasının forvardı Odion İqalo olub.

Afrika Millətlər Kuboku. Final

Seneqal - Əlcəzair - 0:1

Qol: 0:1 – Buneca – 2

Son xəbərlər

Orphus sistemi