Bakı. 20 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanın “Əl-Əhli” klubu baş məşqçi Serger Rebrovla yollarını ayırıb.
“Report” Ciddə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 43 yaşlı ukraynalı mütəxəssisin müqaviləsi birtərəfli qaydada pozulub.
Komanda yenidən tunisli Fəthi Əl-Cəbələ həvalə olunub.
Qeyd edək ki, Sergey Rebrov "Əl-Əhli" ilə ötən ilin yayında mövsümə 2,4 milyon avro maaş müqavilində 2 illik müqavilə bağlamışdı. Onun rəhbərlik etdiyi “Əl-Əhli” lider “Əl-Hilal”dan bir xal geri qalaraq, ölkə çempionatını 2-ci yerdə başa vurub. Həmçinin, komanda Asiya Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıb.