Braziliya millisinin sabiq futbolçusu ehtiyacı olanlara 10 ton ərzaq bağışladı

Braziliya millisinin sabiq futbolçusu ehtiyacı olanlara 10 ton ərzaq bağışladı Braziliya millisinin sabiq futbolçusu və baş məşqçisi Dunqa ölkəsində koronavirusla mübarizəyə dəstək olub.
Futbol
4 Aprel , 2020 16:17
Braziliya millisinin sabiq futbolçusu ehtiyacı olanlara 10 ton ərzaq bağışladı

Braziliya millisinin sabiq futbolçusu və baş məşqçisi Dunqa ölkəsində koronavirusla mübarizəyə dəstək olub.

“Report” “Marca”ya istinadən xəbər verir ki, 57 yaşlı keçmiş müdafiəçi Braziliyada ehtiyacı olanlara 10 ton ərzaq və 2 min körpəyə uşaq bezi bağışlayıb.

Bildirilib ki, sabiq baş məşqçi daha öncə də bu cür addımlar atıb.

Qeyd edək ki, Dunqa 1994-cü ildə yığma komanda ilə dünya çempionu olub. O, 2006 – 2010 və 2014 – 2016-cı illərdə Braziliya millisinin baş məşqçisi olub. 

Son xəbərlər

Orphus sistemi