Əfran İsmayılov: “Karyeramı "Sumqayıt”da davam etdirəcəyəm”

Əfran İsmayılov: “Karyeramı "Sumqayıt”da davam etdirəcəyəm” Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayıov karyerasını “Sumqayıt”da davam etdirəcək.
Futbol
8 İyun , 2018 13:18
Əfran İsmayılov: “Karyeramı Sumqayıt”da davam etdirəcəyəm”
0 : 00
0 : 00

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayıov karyerasını “Sumqayıt”da davam etdirəcək.

Bu barədə “Report”a 30 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. O bildirib ki, "gənclik şəhəri" təmsilçisindən təklif alıb: “Sumqayıt”la danışığımız olub. Yekun razılıq əldə edilməsə də, təklifə müsbət baxıram. Yəqin ki, karyeramı bu klubda davam etdirəcəyəm”.

“Qəbələ”dən ayrılan yarımmüdafiəçi Elvin Məmmədov və “Kəpəz”i tərk edən müdafiəçi Şəhriyar Əliyevin də “Sumqayıt”a keçəcəyi gözlənilir.

Qeyd edək ki, Əfran İsmayılov karyerası ərzində “Qarabağ”, “Turan”, “Bakı”, “Xəzər Lənkəran” və “Keşlə”də çıxış edib.

Son xəbərlər

Orphus sistemi