Yuxarı

Dünyanın ən bahalı futbol çempionatları açıqlanıb

İngiltərə klubları futbolçulara həftədə 43000 funt sterlinq ödəyirlər

Bakı. 15 noyabr. REPORT.AZ/ Dünyanın ən bahalı futbol çempionatı İngiltərə Premyer Liqasıdır. "Report"un Britaniyanın nüfuzlu “Daily Mail” nəşrinə istinadən verdiyi məlumata görə, İngiltərə klubları futbolçulara ildə orta hesabla 2 milyon 27300, yəni, həftədə 43000 funt sterlinq ödəyirlər. 

İkinci yerdə Almaniya Bundesliqası gəlir. Bu ölkənin komandaları oyunçulara ildə 1 milyon 456 min (həftədə 28 min) funt verirlər. Üçlüyü ildə futbolçulara 1 milyon 313 min (həftədə 25 min) funt verən İtaliya A Seriyası tamamlayır. Növbəti 2 pillədə müvafiq olaraq İspaniya La Liqası (1 milyon 213 min) və Fransa I Liqası (987 min) yer alıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi