Yuxarı

Dünya çempionatının rəsmi mahnısı təqdim olunub - VİDEO

Dünya çempionatının rəsmi mahnısı təqdim olunub - VİDEO

Bakı. 25 may. REPORT.AZ/ Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının rəsmi mahnısı internetdə yayımlanıb.

"Report"un məlumatına görə, mahnını məşhur aktyor və Qremmi musiqi mükafatının amerikalı sahibi Uill Smit, onun həmyerlisi Niki Cem və albaniyalı Era İstrefi ifa edirlər.

Amerikalı dicey və bəstəkar, "Diplo" ləqəbli Tomas Uesli Pentsin prodüseri olduğu musiqi "Live It Up" ("Nəyi var yaşa") adlanır. İyunun 7-də mahnının rəsmi videoklipi təqdim olunacaq. Artistlər iyulun 15-də Moskvada keçiriləcək final matçından əvvəl "Lujniki" stadionunda çıxış edəcəklər.

Qeyd edək ki, dünya çempionatı iyunun 14-də start götürəcək.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi