Yuxarı

Dünya çempionatının qaliblərinin mükafatlandırma mərasimi keçirilib - FOTO

Dünya çempionatının qaliblərinin mükafatlandırma mərasimi keçirilib - FOTO

Bakı. 15 iyul. REPORT.AZ/ Futbol üzrə Fransa və Xorvatiya yığmaları arasında keçirilmiş 2018-ci il dünya çempionatının final matçından sonra mükafatlandırma mərasimi keçirilib.

"Report"un məlumatına görə, əvvəlcə fərdi mükafatlar təqdim olunub. Fransa yığmasının hücumçusu Kilian Mbappe çempionatın ən gənc oyunçusu kimi təltif olunub. Xorvatiya yığmasının kapitanı Luka Modriç mundialın ən yaxşı futbolçusu üçün mükafata sahib çıxıb. Belçika yığmasının qolkiperi Tibo Kurtua çempionatın ən yaxşı qapıçısı sayılıb.

Daha sonra argentinalı Nestor Pitananın rəhbərlik etdiyi hakimlər briqadası səhnəyə dəvət olunub. Ardından növbə final matçının iştirakçılarına çatıb. Bu zaman "Lujniki" stadionunda leysan yağışı başlayıb. Lakin bu, mükafatlandırma prosesinin gedişinə heç bir təsir etməyib. Xorvatiya yığması üzvlərinə gümüş medalların təqdim olunmasından sonra Fransa millisi tarixində ikinci dəfə qızıl medallarına və Dünya Kubokuna qovuşub.

Qeyd edək ki, mükafatları FİFA prezidenti Canni İnfantino, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç təqdim edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi