Dünya çempionatının açılış oyununda qadın vaxtından əvvəl övlad dünyaya gətirib

Dünya çempionatının açılış oyununda qadın vaxtından əvvəl övlad dünyaya gətirib Körpəyə 5-ci qolu vuran Aleksandr Qolovinin adı verilib
Futbol
19 İyun , 2018 17:01
Dünya çempionatının açılış oyununda qadın vaxtından əvvəl övlad dünyaya gətirib

Bakı. 19 iyun. REPORT.AZ/ Rusiyanın Krasnodar diyarındakı doğum evlərindən birində qadın pasiyent Rusiya və Səudiyyə Ərəbistanı yığmaları arasındakı dünya çempionatının açılış oyunu zamanı vaxtından əvvəl uşaq dünyaya gətirib.

"Report"un məlumatına görə, diyarın səhiyyə naziri Yevgeni Filippov açıqlama verib.

Nazir bildirib ki, hamiləliyinin 38-ci həftəsində olan qadın matçın gedişində həyəcandan doğuşa başlayıb. Pasiyent Rusiya 5-ci qolu vurduğu vaxt oğlan dünyaya gətirib. Körpəyə isə həmin qolu vuran Aleksandr Qolovinin adı verilib.

Qeyd edək ki, Rusiya Səudiyyə Ərəbistanı ilə görüşdə 5:0 hesablı qələbə qazanıb.   

Son xəbərlər

Orphus sistemi