Dünya çempionatının seçmə oyununu idarə edəcək azərbaycanlı hakimlər briqadasının tərkibi müəyyənləşib

Dünya çempionatının seçmə oyununu idarə edəcək azərbaycanlı hakimlər briqadasının tərkibi müəyyənləşib Əliyar Ağayevin rəhbərlik etdiyi briqada noyabrın 12-də Kiprə yollanacaq
Futbol
1 Noyabr , 2016 11:02
Dünya çempionatının seçmə oyununu idarə edəcək azərbaycanlı hakimlər briqadasının tərkibi müəyyənləşib

Bakı. 1 noyabr. REPORT.AZ/ 2018-ci ildə dünya çempionatının seçmə qrup mərhələsinin Kipr - Cəbəllütariq oyununu idarə edəcək azərbaycanlı hakimlər briqadasının tərkibi müəyyənləşib. Bu barədə "Report"a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.

Onun sözlərinə görə, baş hakim Əliyar Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov yan xətt hakimləri qismində kömək edəcək. Oyunun dördüncü hakimi Orxan Məmmədov olacaq. Azərbaycanlı hakimlərin işinə maltalı hakim-inspektor qiymət verəcək.

Hakimlər noyabrın 12-də Kiprə yola düşəcək.

Ə.Ağayev DÇ-nin seçmə qrup mərhələsinə təyinat alan 3-cü azərbaycanlı hakimdir. Müstəqillikdən bu yana Xaqani Məmmədov seçmə qrup mərhələsinin 3, Anar Salmanov isə 1 oyununa təyinat alıb.

Qeyd edək ki, noyabrın 13-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi