Dünya çempionatında iştirak edəcək komandanın futbolçuları qarət olunublar

Dünya çempionatında iştirak edəcək komandanın futbolçuları qarət olunublar Bakı. 7 iyun. REPORT.AZ/ Panama milli komandasının futbolçuları Norveçin paytaxtı Osloda qarət olunublar.
Futbol
7 İyun , 2018 13:11
Dünya çempionatında iştirak edəcək komandanın futbolçuları qarət olunublar

Bakı. 7 iyun. REPORT.AZ/ Panama milli komandasının futbolçuları Norveçin paytaxtı Osloda qarət olunublar. 

"Report" xəbər verir ki, bu barədə federasiyanın rəsmi "Twitter" səhifəsi məlumat yayıb. Cinayətkarlar futbolçuların məskunlaşdığı oteldə 3 otağa soxulublar. Hadisə vaxtı komanda üzvləri otaqda olmayıb.

Norveç polisi hadisəni araşdırır. 

Qeyd edək ki, Panama yığması dünya çempionatında İngiltərə, Tunis və Belçika komandaları ilə birgə G qrupunda mübarizə aparacaq. 

Son xəbərlər

Orphus sistemi