Yuxarı

Dünya çempionatına vəsiqə qazanan ölkələrin sayı 8-ə çatıb

Dünya çempionatına vəsiqə qazanan ölkələrin sayı 8-ə çatıb
Səudiyyə Ərəbistanı Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsinə yüksəlib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının milli komandası 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsinə yüksəlib.

"Report"un məlumatına görə, ərəblər Asiya zonasından mundiala qatılacaq son komanda olub.

Bert van Marveykin baş məşqçi olduğu kollektiv həlledici turda Yaponiyaya 1:0 hesabı ilə qalib gəlib və Avstraliyanı top fərqində keçib. "Yaşıl qitə" komandası isə DÇ-2018-ə vəsiqə uğrunda "pley-off" matçlarında Suriya ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Asiya zonasından İran, Yaponiya və Cənubi Koreya milliləri mundialda iştirak hüququna yiyələnib. Digər 4 komanda isə təşkilatçı Rusiya ilə yanaşı, Braziliya, Meksika və Belçikadır. Dünya çempionatında ümumilikdə 32 ölkə yığması çıxış edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi