Yuxarı

Domeniko Tedesko "Spartak" komandasının baş məşqçisi olub

Domeniko Tedesko Rusiyanın "Spartak" komandasının sükanı arxasına keçi

Almaniya "Şalke"sinin sabiq baş məşqçisi Domeniko Tedesko Rusiyanın "Spartak" komandasının sükanı arxasına keçib.

"Report"un Moskva klubunun rəsmi saytına istinadən məlumatına görə, 34 yaşlı mütəxəssis bu vəzifədə Oleq Kononovu əvəzləyib. Kononov Premyer Liqanın XI turunda "Orenburq"a 1:2 hesablı ev məğlubiyyəti ilə yekunlaşan oyundan sonra istefaya göndərilib.

Almaniyalı baş məşqçi "Şalke"də 2017-ci ilin iyunundan bu ilin fevralınadək çalışıb. O, Çempionlar Liqasının 1/8 finalında İngiltərənin "Mançester Siti" klubuna 0:7 hesablı məğlubiyyətdən sonra, eləcə də Bundesliqadakı uğursuz nəticələrlə əlaqədar işini itirib.

Bunadək isə Tedesko Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun forma geyindiyi "Aue"nin baş məşqçisi olub. Ertsgebirge təmsilçisinə 2017-ci ilin martında rəhbərlik etmiş gənc mütəxəssis 11 oyunda 6 qələbə, 2 heç-heçəyə nail olaraq, komandanı 14 pillənin sahibi kimi II Bundesliqada saxlaya bilib. "Spartak"da isə əslən azərbaycanlı Ayaz Quliyev də yer alıb.

Qeyd edək ki, hazırda "Spartak" Premyer Liqada 12 oyundan 14 xalla 12-ci pillədə qərarlaşıb. Növbəti matçda rəqib "Rubin" olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi