Yuxarı
    Bağlamaq

    ​"Dnepr" və "Sevilya" Avropa Liqasının finalına vəsiqə qazanıb - VİDEO

    İki İtaliya klubu yarımfinalda mübarizəni dayandırıb

    Bakı. 15 may. REPORT.AZ/ Bu gün Avropa Liqasının 1/2 final mərhələsində cavab qarşılaşmaları keçirilib.

    "Report" xəbər verir ki, ilk oyunda səfərdə "Fiorentina"nı (İtaliya) 3:0 hesabı ilə məğlub edən "Sevilya" (İspaniya) cavab qarşılaşmasında da qələbə qazanaraq finala adını yazdırıb.

    Paralel keçən qarşılaşmada qrup mərhələsində "Qarabağ" klubuna rəqib olmuş "Dnepr" doğma meydanda İtaliyanın "Napoli" kollektivini qəbul edib və ukraynalılar iki oyunun nəticəsinə görə finala vəsiqə qazanıblar.

    Avropa Liqası. 1/2 final. Cavab qarşılaşması

    "Dnepr" - "Napoli" - 1-0 (1:1)

    Qol: Seleznev, 58 (1:0)

    "Fiorentina" - "Sevilya" - 0:2

    Qollar: Bakka, 22 (0:1); Karrisu, 27 (0:2).

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi