Yuxarı

"Dnepr"in iki futbolçusu hakimə hücum etdiklərinə görə yarım il müddətinə cəzalandırılıb

Cəza Ukrayna milli komandasının iştirakı ilə keçirilən oyunlara şamil edilməyəcək

Bakı. 18 may. REPORT.AZ/ Ukraynanın "Dnepr" klubunun iki oyunçusu - Roman Zozulya və Ruslan Rotan hakimə hücum etdiklərinə görə yarım il müddətinə cəzalandırılıb.

"Report" xəbər verir ki, bu barədə qərar Ukrayna Futbol Federasiyasının Nizam-İntizam Komitəsi tərəfindən qəbul edilib.

Cəza Ukrayna milli komandasının iştirakı ilə keçirilən oyunlara şamil edilməyəcək. Başqa sözlə, R.Zozulya və R.Rotan AVRO-2016-da iştirak edə bilər.

Xatırladaq ki, Ukrayna Kubokunun yarımfinal mərhələsi çərçivəsində baş tutmuş "Zarya" - "Dnepr" (2:0) görüşünün başa çatmasından sonra dnepropetrovsklu oyunçular baş hakim Anatoli Abdulaya hücum etmişdi. Onlar referiyə qarşı fiziki güc tətbiq etmiş, baş hakim isə bu insidenti matçın protokolunda qeyd etmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi