Yuxarı

"Dnepr"in baş məşqçisi "Qarabağ"ın qolunu eşitdikdə özünü təhqir olunmuş hesab edib

Miron Markeviç İnter klubuna minnətdarlığını bildirib

Bakı. 12 dekabr. REPORT.AZ/ Ukraynanın "Dnepr" klubunun baş məşqçisi Miron Markeviç futbol üzrə Avropa Liqasının qrup mərhələsinin son turunda İtaliya "İnter"i ilə matçda Azərbaycanın "Qarabağ" komandasının sayılmayan qolu ilə bağlı fikirlərini bölüşüb. "Report"un məlumatına görə, təcrübəli mütəxəssis "Qarabağ"ın qol vurduğunu eşitdikdə özünü təhqir olunmuş saydığını bildirib. 

Lakin o, sonradan emosiyalarının tam fərqli olduğunu vurğulayıb. Markeviç "İnter"in futbolçularına təşəkkür etməyi də unutmayıb: "Onlar yaxşı oynadılar və əsl peşəkarlıq göstərdilər. Baxmayaraq ki, nəticə "İnter" üçün vacib deyildi". 

Qeyd edək ki, "Dnepr" məhz "Qarabağ"ın sayılmayan qolu və Fransa "Sent-Etyen"i üzərində 1:0 hesablı qələbə sayəsində mərhələ adlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi