Dmitri Nazarovun komandası qələbəni əldən verib

Dmitri Nazarovun komandası qələbəni əldən verib Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Auenin heyətində Almaniyanın II Bundesliqasının XII tur matçına çıxıb.
Futbol
2 Noyabr , 2019 17:53
Dmitri Nazarovun komandası qələbəni əldən verib

Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov "Aue"nin heyətində Almaniyanın II Bundesliqasının XII tur matçına çıxıb.

"Report"un məlumatına görə, Ertsgebirge təmsilçisinin ev oyununda rəqibi "Haydenhaym" olub. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. "Aue" 54-cü dəqiqədə hesabı açsa da, 89-cu dəqiqədə qapısında qol görərək 1 xalla kifayətlənib.

Start heyətində yer alan Nazarov matçı əvəz olunmadan keçirib.

Bu nəticədən sonra komanda 19 xalla 4-cü pillədə qalıb və 20 xalla 3-cü pillədə olan "Ştutqart"ı ən azı bir günlük keçmək imkanını qaçırıb. 

Son xəbərlər

Orphus sistemi