Yuxarı

Dmitri Nazarovun çıxış etdiyi komandaya yeni baş məşqçi təyin olunub

Dmitri Nazarovun çıxış etdiyi komandaya yeni baş məşqçi təyin olunub

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi Almaniyanın “Ertsgebirge” komandasının yeni baş məşqçisi müəyyənləşib.

“Report” Aue təmsilçisinin “facebook” səhifəsinə istinadən xəbər verir ki, kollektiv Daniel Meyerə tapşırılıb. Bu postda Hannes Dryusu əvəzləyən 38 yaşlı mütəxəssislə 1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Almaniyanın II Bundesliqasında çıxış edən “Ertsgebirge” mövsümü 40 xalla 16-cı pillədə başa vurub və liqada yerini qorumaq üçün pley-offda “Karlsrue”dən üstün olub - 0:0, 3:1.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi