Dmitri Nazarov Almaniya klubunda növbəti qollarını vurub - VİDEO

Dmitri Nazarov Almaniya klubunda növbəti qollarını vurub - VİDEO Futbolçu iki penalti zərbəsini dəqiq yerinə yetirib
Futbol
9 Aprel , 2017 18:09
Dmitri Nazarov Almaniya klubunda növbəti qollarını vurub - VİDEO

Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniyanın II Bundesliqasında mübarizə aparan "Aue"nin heyətində növbəti qollarını vurub.

"Report"un məlumatına görə, 27 yaşlı hücumçu XXVIII turun "Münhen 1860"la ev oyununda fərqlənib.

O, 42 və 73-cü dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirib. Komandasının 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Nazarov sonadək meydanda olub.

Bu qələbə sayəsində "Aue" xallarını 32-yə çatdırıb və 15-ci pilləyə yüksəlib. Eyni xala malik "Münhen 1860" isə 14-cüdür.

Son xəbərlər

Orphus sistemi