"Dinamo" və "Ayntraxt" komandalarının azarkeşləri arasında insident baş verib

"Dinamo" və "Ayntraxt" komandalarının azarkeşləri arasında insident baş verib Bakı. 14 fevral. REPORT.AZ/ Ukraynanın Dinamo və Almaniyanın Ayntraxt komandalarının azarkeşləri arasında dava baş verib.
Futbol
14 Fevral , 2019 12:42
Dinamo və Ayntraxt komandalarının azarkeşləri arasında insident baş verib

Bakı. 14 fevral. REPORT.AZ/ Ukraynanın "Dinamo" və Almaniyanın "Ayntraxt" komandalarının azarkeşləri arasında dava baş verib.

"Report" "Sport.ua" saytına istinadən xəbər verir ki, Kiyevdəki Kreşatik küçəsində baş vermiş iğtişaşda təxminən 42 ukraynalı və 80 almaniyalı fanat iştirak edib.

Münaqişədə "Dinamo"nun "Capitals", FBF və "North Company" azarkeş qrupları, Almaniya təmsilçisinin isə "Brigade Nassau and Kо" azarkeş qrupları iştirak edib.

Qeyd edək ki, "Ayntraxt" və "Dinamo" Avropa Liqasının 1/16 final mərhələsində bir-birilərinə rəqib deyil. Kiyevlilər bu gün Yunanıstanda "Olimpiakos"un qonağı olacaqlar. "Ayntraxt" isə səfərdə Donetsk "Şaxtyor"u ilə üz-üzə gələcək. Həmin qarşılaşma Xarkovda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi