Yuxarı

"Dinamo"nun futbolçusu oyunda ağır zədə aldı - VİDEO

"Dinamo"nun futbolçusu oyunda ağır zədə aldı

265

Buxarest "Dinamo"sunun futbolçusu Slavko Peroviç Rumıniya çempionatında XXV turun "Styaua" ilə oyunu zamanı sifətindən güclü zərbə alıb.

"Report"un məlumatına görə, 31 yaşlı hücumçuya zərbəni rəqib müdafiəçi Yulian Krıstya endirib. 

Bu səbəbdən, Krıstya qırmızı vərəqə alıb. Huşunu itirən Peroviç isə dərhal xəstəxanaya çatdırılıb. 

"Dinamo"nun həkimi təcrübəli forvardın durumuna yaxın iki gün ərzində aydınlıq gələcəyini bildirib: "Belə zədələr boks və ya MMA görüşləri üçün xarakterikdir".

Qeyd edək ki, 2:1 hesabı ilə qalib gələn "Dinamo" xalını 34-ə çatdırıb və 8-ci pilləyə qalxıb. Lakin klub medallar və avrokuboklara vəsiqə uğrunda mübarizənin getdiyi ilk "6-lıq"dan 6 xal geri qalır. "Styaua" isə 43 xalla 3-cüdür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi