Dieqo Simeone “Çelsi”nin baş məşqçisi təyin edilə bilər

Dieqo Simeone “Çelsi”nin baş məşqçisi təyin edilə bilər Antonio Kontenin cari mövsümün sonunda London klubunu tərk edəcəyi gözlənilir
Futbol
5 Yanvar , 2018 20:02
Dieqo Simeone “Çelsi”nin baş məşqçisi təyin edilə bilər

Bakı. 5 yanvar. REPORT.AZ/ İspaniyanın “Atletiko” komandasının baş məşqçisi Dieqo Simeone İngiltərə “Çelsi”sinə rəhbərlik edə bilər.

“Report” “The Times”a istinadən xəbər verir ki, buna səbəb londonluların hazırkı baş məşqçisi Antonio Kontenin klub rəhbərliyi ilə transfer siyasətində fikir ayrılığında olduğu üçün cari mövsümün sonunda postunu tərk etmək istəməsidir.

Bildirilir ki, italiyalı mütəxəssisi məhz argentinalı həmkarı əvəzləyəcək.

Qeyd edək ki, D.Simeone 2011-ci ildən “Atletiko”nun baş məşqçisidir. Onun rəhbərlik etdiyi kollektiv İspaniya çempionu olmaqla yanaşı, Kral Kubokunu və ölkə Super Kubokunu qazanıb. O həmçinin Avropa Liqasının və UEFA Super Kubokunun qalibi olmaqla bərabər, komandasını iki dəfə Çempionlar Liqasının finalına çıxardıb.  

Son xəbərlər

Orphus sistemi