Di Mariya Çin klublarından birinə keçə bilər

Di Mariya Çin klublarından birinə keçə bilər Klubun adı açıqlanmır
Futbol
25 Dekabr , 2016 17:58
Di Mariya Çin klublarından birinə keçə bilər

Bakı. 25 dekabr. REPORT.AZ/ Fransanın PSJ klubunun yarımmüdafiəçisi Anhel Di Mariya Çin klublarından birinə keçə bilər.

"Report" xəbər verir ki, bu barədə "L'Equipe" nəşri yazıb.

Qeyd olunur ki, 28 yaşlı argentinalının agenti Jorje Mendeş artıq Çin komandası ilə danışıqlar aparıb. Klubun adı açıqlanmır.

Di Mariya 2015-ci ildən PSJ-də çıxış edir. O, bu mövsüm komandasında 21 oyun keçirib, 3 qol vurub və 7 məhsuldar ötürmə verib.

Son xəbərlər

Orphus sistemi