İntihar edən Dəyanət Rzayev əvvəllər futbol üzrə Azərbaycan millisinin psixoloqu olub

İntihar edən Dəyanət Rzayev əvvəllər futbol üzrə Azərbaycan millisinin psixoloqu olub O, 2001-ci ilədək yığmanın üzvlərinə dəstək olub
Futbol
26 Yanvar , 2017 12:12
İntihar edən Dəyanət Rzayev əvvəllər futbol üzrə Azərbaycan millisinin psixoloqu olub

Bakı. 26 yanvar. REPORT.AZ/ Bakıda intihar edərək həyatına son qoyan psixoloq Dəyanət Rzayev əvvəllər futbol üzrə Azərbaycan milli komandasının psixoloqu olub. Bu barədə "Report"a mərhumun əmisi məlumat verib.

Onun sözlərinə görə, D.Rzayev milli komandanın formalaşdığı vaxtlardan 2001-ci ilədək yığmanın üzvlərinə psixoloji yardım göstərib. Xüsusən, 1990-cı illərin sonlarından futbolçular dünya və Avropa çempionatlarının seçmə qrup oyunlarına daha yaxşı hazırlaşmaları üçün tanınmış psixoloqun köməyindən yararlanıblar.

Bundan başqa, əmisi bildirib ki, D.Rzayev Əsgər Abdullayevin "Olimpik"ə (hazırkı AZAL - red.) gümüş medal qazandırdığı 2007-2008 mövsümündə də komandaya dəstək olub. Eyni zamanda AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da hakimlərin psixoloji durumunu qaydasına salmaq üçün onunla əməkdaşlıqda maraqlı olub. 

Qeyd edək ki, Dəyanət Rzayev yanvarın 25-də axşam saatlarında Yasamal rayonu Murtuza Muxtarov küçəsi, 185 ünvanında yaşadığı evdə kəmərlə özünü asıb.

Son xəbərlər

Orphus sistemi