Yuxarı

Devid Bekhem yol qəzasında çiynindən yüngül zədə alıb

37 yaşlı Bekhem çiynindən yüngül zədə alıb

Bakı. 30 noyabr. REPORT.AZ/ İngiltərə futbol yığmasının sabiq kapitanı Devid Bekhem Londonda avtomobil qəzasına düşüb.

"Report"-un TASS-a istinadən verdiyi məlumata görə, qəza nəticəsinə 37 yaşlı Bekhem çiynindən yüngül zədə alıb. Onunla birlikdə "Audi"-də olan 15 yaşlı oğlu Bruklin isə ümümiyyətlə zərər çəkməyib.

Qəza zamanı təhlükəsizlik yastıqları açıldığı üçün Devid Bekhem ilə oğlu başqa avtomobilə minərək hadisə yerindən uzaqlaşmalı olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi