DÇ-2018: Neymar oyunların 14 dəqiqəsini meydanda uzanmaqla keçirib

DÇ-2018: Neymar oyunların 14 dəqiqəsini meydanda uzanmaqla keçirib Bakı. 5 iyul. REPORT.AZ/ Braziliya yığmasının hücumçusu Neymar futbol üzrə dünya çempionatının 4 matçının 14 dəqiqəsini qazonda uzanmaqla keçirib.
Futbol
5 İyul , 2018 05:51
DÇ-2018: Neymar oyunların 14 dəqiqəsini meydanda uzanmaqla keçirib

Bakı. 5 iyul. REPORT.AZ/ Braziliya yığmasının hücumçusu Neymar futbol üzrə dünya çempionatının 4 matçının 14 dəqiqəsini qazonda uzanmaqla keçirib.

"Report" xəbər verir ki, bu barədə "Dream Team" portalı məlumat yayıb.

Bildirilir ki, Neymarın qazonda ən çox uzanması 1/8 final matçında, Meksikaya qarşı oyunda qeydə alınıb. Braziliya yığmasının kapitanı Miqel Layunla toqquşduqdan ancaq 5 dəqiqə 30 saniyə sonra ayağa qalxıb.

Neymara qarşı ümumilikdə 23 dəfə qayda pozuntusu qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi