DÇ-2018-in hakimlərinin qazanacağı məbləğ açıqlanıb

DÇ-2018-in hakimlərinin qazanacağı məbləğ açıqlanıb Bakı. 5 aprel. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının oyunlarını idarə edəcək hakimlərin qazanacağı məbləğ açıqlanıb.
Futbol
5 Aprel , 2018 16:20
DÇ-2018-in hakimlərinin qazanacağı məbləğ açıqlanıb

Bakı. 5 aprel. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının oyunlarını idarə edəcək hakimlərin qazanacağı məbləğ açıqlanıb.

“Report” “UOL Esporte”yə istinadən xəbər verir ki, hər bir referi mundialda iştiraka görə 57 min avro alacaq.

Həmçinin onlara idarə etdikləri hər bir oyuna görə 2500 avro ödəniləcək.

Yan xətt hakimlərinin qazancı isə 20 min avro, üstəgəl idarə etdikləri hər matç üçün 1600 avro təşkil edəcək.

Qeyd edək ki, DÇ-2014-də baş hakimlərin bir oyuna görə qazancı 40 min avro olub. DÇ-2010-da isə referilərə 28,5 min avro ödənilib.

Son xəbərlər

Orphus sistemi