DÇ-2018: Bu gün 1/8 final mərhələsinə ilk vəsiqələrin sahibləri müəyyənləşə bilər

DÇ-2018: Bu gün 1/8 final mərhələsinə ilk vəsiqələrin sahibləri müəyyənləşə bilər Bakı. 20 iyun. REPORT.AZ/ Rusiyada keçirilən futbol üzrə dünya çempionatında bu gün II turun daha 3 oyunu keçiriləcək.
Futbol
20 İyun , 2018 07:08
DÇ-2018: Bu gün 1/8 final mərhələsinə ilk vəsiqələrin sahibləri müəyyənləşə bilər

Bakı. 20 iyun. REPORT.AZ/ Rusiyada keçirilən futbol üzrə dünya çempionatında bu gün II turun daha 3 oyunu keçiriləcək.

"Report"un məlumatına görə, A və B qruplarını əhatə edən qarşılaşmalardan sonra 1/8 finala vəsiqə qazanan ilk komandalar müəyyənləşə bilər.

Erkən vəsiqəni isə birinci növbədə, A qrupundakı Rusiya əldə edə bilər. Bunun üçün Uruqvayın Səudiyyə Ərəbistanına uduzmaması lazımdır. Cənubi amerikalılar qələbə qazanacaqları təqdirdə isə təşkilatçı ölkə ilə birgə mərhələ adlayacaqlar.

B qrupunda isə İran yığmasının erkən vəsiqəni qazanmaq imkanı var. Bunun üçün İspaniya yığması üzərində qələbə lazımdır. İlk turda qonşu ölkə millisi Mərakeşə minimal hesabla qalib gəlib. İspaniya isə Portuqaliya ilə məhsuldar heç-heçəyə imza atıb - 3:3. Qrupun digər oyununda Mərakeş Portuqaliyaya uduzsa, qrupda qalacaq. Kriştianu Ronaldunun komandası yalnız qələbə qazanmalıdır ki, mərhələ şansını çətinə salmasın.

DÇ-2018, II tur, B qrupu

16:00. Portuqaliya - Mərakeş

Hakimlər: Mark Geyger (ABŞ), Co Fletçer (Kanada), Frank Anderson (ABŞ), Sergey Karasyov, Anton Averyanov (hər ikisi Rusiya)

Moskva, "Lujniki" stadionu

A qrupu

19:00. Uruqvay - Səudiyyə Ərəbistanı

Hakimlər: Kleman Turpen, Nikola Dano, Siril Qrinqor (hamısı Fransa), Con Pitti, Qabriel Viktoriya (hər ikisi Panama)

Rostov-Don, "Rostov Arena"

B qrupu

22:00. İran - İspaniya

Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay), Xulio Baskunyan, Kristian Şimann (hər ikisi Çili)

Kazan, "Kazan Arena"

Son xəbərlər

Orphus sistemi