Yuxarı

DÇ-2018: Avropa zonasında pley-off mərhələsinə start verilib

DÇ-2018: Avropa zonasında pley-off mərhələsinə start verilib
İlk oyun günündə 2 görüş keçirilib

Bakı. 10 noyabr. REPORT.AZ/ Avropa zonasında futbol üzrə 2018-ci il dünya çempionatının pley-off mərhələsinə start verilib.

"Report" xəbər verir ki, ilk oyun günündə 2 görüş keçirilib.

Xorvatiya Yunanıstanla görüşdə böyük hesablı qələbə qazanıb. İsveçrə isə səfərdə Şimali İrlandiyaya minimal hesabla qalib gəlib.

Bu görüşlərdən sonra Xorvatiya və İsveçrə Rusiyada keçiriləcək final mərhələsinə vəsiqəni böyük ölçüdə təmin edib. Cavab görüşləri noyabrın 12-də keçiriləcək.

Bu gün İtaliya İsveçi, noyabrın 11-də isə Danimarka İrlandiyanı qəbul edəcək.

DÇ-2018

Avropa zonası, pley-off mərhələsi

İlk oyunlar

9 noyabr

23:45. Şimali İrlandiya - İsveçrə 0:1

Qol: Rikardo Rodriges, 58-penalti ilə

23:45. Xorvatiya - Yunanıstan 4:1

Qollar: Luka Modric, 13. Nikola Kaliniç, 19. İvan Perisiç, 34. Andrey Kramariç, 49 - Sokratis Papastatopulos, 30

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi