Yuxarı

DÇ-2018: Almaniya millisi növbəti mərhələyə vəsiqə qazana bilməyib

DÇ-2018: Almaniya millisi növbəti mərhələyə vəsiqə qazana bilməyib

Bakı. 27 iyun. REPORT.AZ/ Futbol üzrə dünya çempionatının F qrupunda III tur qarşılaşmalarına yekun vurulub.

"Report"un məlumatına görə, son turda İsveç Meksikanı 3:0 hesabı ilə məğlub edib. Almaniya isə Cənubi Koreya yığmasına 0:2 hesabı ilə uduzub.

Bu nəticədən sonra 6 xalı olan Meksika və İsveç yığmaları 1/8 finala vəsiqə qazanıb. Son dünya çempionu Almaniya və Cənubi Koreya 3 xalla mundialla vidalaşıb.

27 iyun, DÇ-2018, III tur

F qrupu

18:00. Cənubi Koreya - Almaniya - 2:0 

Qollar: Kim Yun Kvon, 90+3. Son Hyunq Min, 90+6

Hakimlər: Mark Geyger (ABŞ), Co Fletçer (Kanada), Frank Anderson (ABŞ), Xulio Baskunyan, Kristian Şimann (hər ikisi Çili)

Kazan, "Kazan Arena"

18:00. Meksika - İsveç - 0:3

Qollar: Lüdvid Auqustinsson, 50. Andreas Qrankvist, 62 (penalti ilə), Edson Alvares, 74 - öz qapısına.

Hakimlər: Nestor Pitanya, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Andres Kunya, Maurisio Espinoza (hər ikisi Uruqvay)

Yekaterinburq, "Yekaterinburq Arena".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi