Yuxarı

David Trezege: "Azərbaycanda uşaqlarla işləmək çox vacibdir"

Trezegeyə arxasında Baku yazılmış 16 nömrəli forma təqdim olunub

Bakı. 11 mart. REPORT.AZ/ "Bakıda olmaqdan böyük zövq aldım. Şəhərin gözəlliyinə heyran oldum. Biz "Yuventus" komandası olaraq düşünürük ki, belə gözəl ölkədə futbolun inkişafı üçün işlər görmək lazımdır". "Report"un məlumatına görə, bunu İtaliya "Yuventus"unun əfsanəvi futbolçusu David Trezege deyib.

O bildirib ki, Azərbaycana da investisiya qoymaq və işləməyi qərara alıblar: "Azərbaycanda uşaqlarla işləmək çox vacibdir. Ümidvaram ki, layihə çərçivəsində uşaqlar daha çox əylənəcəklər. "Yuventus" gələcəkdə peşəkar səviyyədə oynaya biləcək futbolçular və gənclər yetişdirə bilər. Eyni zamanda, "Yuventus"un prezidenti adından fanatları təbrik edir, uşaqlara uğurlar arzulayıram. Ümidvaram ki, bura tezliklə qayıdacağam".

Daha sonra D.Trezegeyə arxasında "Baku" yazılmış 16 nömrəli forma təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi