“Turan Tovuz” klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib

“Turan Tovuz” klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib Bakı. 18 yanvar. REPORT.AZ/ I Divizionda mübarizə aparan “Turan Tovuz” klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.
Futbol
18 Yanvar , 2019 16:26
“Turan Tovuz” klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib

Bakı. 18 yanvar. REPORT.AZ/ I Divizionda mübarizə aparan “Turan Tovuz” klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi qorumaqdır” mövzularında mühazirə oxuyub və təqdimatla çıxış edib. 

Səlimli futbolçuların və məşqçilərin sualları cavablandırılan zaman bildirilib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda əlavə edilmiş linkə daxil olub, göstərilmiş əlaqə nömrələrinə və ya elektron ünvanlara məlumat ötürə bilərlər:

http://www.affa.az/index.php/news/danlm-oyunlar-v-...

Seminar Tovuz şəhər stadionunda təşkil olunub. 

Qeyd edək ki, bir müddət əvvəl “Səbail” və “Kəpəz” klubunun üzvləri üçün də belə seminar təşkil olunub. Bu cür maarifləndirici görüşlər digər klublarla da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi