Danışılmış oyunlarda iştirak edən klub Azərbaycan I Divizionundan kənarlaşdırılıb

Danışılmış oyunlarda iştirak edən klub Azərbaycan I Divizionundan kənarlaşdırılıb “Ağsu” futbol klubu Azərbaycan I Divizionundan kənarlaşdırılıb.
Futbol
29 Yanvar , 2020 11:52
Danışılmış oyunlarda iştirak edən klub Azərbaycan I Divizionundan kənarlaşdırılıb

“Ağsu” futbol klubu Azərbaycan I Divizionundan kənarlaşdırılıb. 

"Report"un məlumatına görə, buna danışılmış oyunlarda iştirakları ilə əlaqədar komandadan uzaqlaşdırılan şəxslərin çoxluğu və klubun bu səbəbdən ikinci dövrədə oynamamaq qərarı səbəb olub. Rəhbərlik qərarını Peşəkar Futbol Liqasına (PFL) yazılı şəkildə bildirib. Vəziyyəti nəzərə alan PFL “Ağsu”nu I Diviziondan kənarlaşdırmağı qərara alıb. 

Komanda çempionatın yarısında iştirak etdiyinə görə qarşıdakı oyunlarda 0:3 hesablı texniki məğlubiyyət alacaq. Heyətdə yer alan oyunçular isə sərbəst futbolçu statusuna malikdir.

Son xəbərlər

Orphus sistemi