Yuxarı
    Bağlamaq

    Danışılmış oyunlarda iştirak edən 22 futbolçu ömürlük cəzalanıb

    Hazırda araşdırmalar getdiyindən, adlar açıqlanmır

    Bakı. 15 fevral. REPORT.AZ/ Danışılmış oyunlarda iştirakları ilə əlaqədar 22 futbolçu ömürlük diskvalifikasiya olunub. "Report"un məlumatına görə, bu barədə Asiya Futbol Konfederasiyası qərar qəbul edib.

    Əsasən, Laos və Kambocadan olan oyunçular arasında karyerasını başa vuranlar da var. Onların yerli çempionatlarda danışılmış oyunlarda iştirak etdikləri bildirilir. Bu barədə müvafiq milli assosiasiyalar da məlumatlandırılıb. 

    FİFA-nın sanksiyaları beynəlxalq miqyasda genişləndirməsinin mümkünlüyü bildirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi