​Daniel Lukas: "Avropa Oyunları özümü göstərmək üçün şansdır"

​Daniel Lukas: "Avropa Oyunları özümü göstərmək üçün şansdır" Əsl arzum veterinar olmaqdır
Futbol
16 Aprel , 2015 09:43
​Daniel Lukas: Avropa Oyunları özümü göstərmək üçün şansdır

Bakı. 16 aprel. REPORT.AZ/ "Mənim üçün Avropa Oyunları özümü göstərmək üçün yaxşı şansdır". "Report"un Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanı kişi idman gimnastikası üzrə təmsil edəcək mümkün iştirakçılardan biri Daniel Lukas deyib.

Halqalarla yarışda medal qazanmağı ümid edən gimnast bunun üçün gərgin məşq etdiyini bildirib. Yaxın gələcək planlarından danışan Lukas hədəfinin çox sayda yarışlarda uğurla çıxış edərək, ad qazanmaqdan ibarət olduğunu söyləyib.

Kişi gimnast karyerasını bitirdikdən sonra hansı işlə məşğul olacağını da açıqlayıb: "Həmişə aktyor olmağı arzulamışam. Lakin əsl arzum veterinar olmaqdır, çünki heyvanları çox sevirəm. Aktyor və ya veterinar olsam, bu möhtəşəm olacaq".

Son xəbərlər

Orphus sistemi