Cüdo üzrə Azərbaycan millisi Yaponiyada təlim-məşq toplanışına başlayıb

Cüdo üzrə Azərbaycan millisi Yaponiyada təlim-məşq toplanışına başlayıb Bakı. 11 iyun. REPORT.AZ/ Bakıda keçiriləcək dünya çempionatına hazırlaşan cüdo üzrə Azərbaycan milli komandası Cənubi Koreyanın İnçxon şəhərində təlim-məşq toplanışını başa vurub.
Futbol
11 İyun , 2018 15:28
Cüdo üzrə Azərbaycan millisi Yaponiyada təlim-məşq toplanışına başlayıb
0 : 00
0 : 00

Bakı. 11 iyun. REPORT.AZ/ Bakıda keçiriləcək dünya çempionatına hazırlaşan cüdo üzrə Azərbaycan milli komandası Cənubi Koreyanın İnçxon şəhərində təlim-məşq toplanışını başa vurub.

"Report" xəbər verir ki, yığma üzvləri baş məşqçi Ruslan Moşurenkonun rəhbərliyi altında Yaponiya, Koreya, Fransa, Almaniya, Rusiya, Braziliya, İtaliya və digər ölkələrin cüdoçuları ilə birgə məşq keçiblər.

Milli bu gündən hazırlğı Yaponiyada davam etdirəcək. Komanda iyunun 21-də Vətənə dönəcək.

Qeyd edək ki, Bakıdakı dünya çempionatı 21 – 27 sentyabrda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi