Yuxarı

Cozep Bartomeu yenidən "Barselona" klubunun prezidenti seçilib

Jozep Bartomeunun rəsmi təyinatı yaxın vaxtlarda baş tutacaq

Bakı. 19 iyul. REPORT.AZ/ Cozep Bartomeu yenidən "Barselona" klubunun prezidenti seçilib.

"Report"un "AS"a istinadən məlumatına görə, J.Bartomeu 49,5 faiz səslə qalib olub.

O, ən yaxın izləyicisi Joan Laportanı 13,5 faiz üstələyib. Bu göstərici Aqustu Beneditoda 7,8 faiz, Toni Freyşidə 4,8 faiz olub.

Qeyd edək ki, Jozep Bartomeunun rəsmi təyinatı yaxın vaxtlarda baş tutacaq. O, 2014-cü ilin yanvarından 2015-ci ilin iyununadək də "Barselona"nın prezidenti olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi