Yuxarı
    Bağlamaq

    ​"Connect TV" Topaz Premyer Liqasının oyunlarını retranslyasiya edəcək

    Bununla bağlı kabel operatoru ilə AFFA arasında razılıq əldə olunub

    Bakı. 14 avqust. REPORT.AZ/ "Connect TV" Topaz Premyer Liqasının II turunun oyunlarını retranslyasiya edəcək. Şirkətdən "Report"a verilən məlumata görə, bununla bağlı Azərbaycanın kabel operator televiziyası ilə AFFA arasında razılıq əldə olunub. 

    Razılığa əsasən, AFFA tərəfindən "Connect TV"yə futbol üzrə Azərbaycan çempionatının oyunlarının, yəni Topaz Premyer Liqasının II turunun kabel televiziyasının yayımladığı C1 kanalında retranslyasiya edilməsinə dair hüquq verilib. Eyni zamanda razılığa əsasən, gələcəkdə "CBC Sport" kanalında yayımlanacaq oyunlar da "Connect TV" tərəfindən retranslyasiya ediləcək.

    Qeyd edək ki, Topaz Premyer Liqasının II turunun oyunları həftənin şənbə, bazar və bazar ertəsi günlərində saat 21:00-da "Connect TV"-nin C1 kanalında yayımlanacaq. "Connect TV" Bakı, Sumqayıt, Xırdalan şəhərləri və ətraf qəsəbələrdə əhaliyə keyfiyyətli efir-kabel televiziyası xidmətləri göstərir. Hazırda kabel operator televiziyası rəqəmsal və HD yayımda 6 dildə 3 növ kanallar paketində ümumilikdə 172 kanal yayımlayır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi