Çində stadionun mühafizəçiləri futbolçuları dəyənəklə döyüb - FOTO

Çində stadionun mühafizəçiləri futbolçuları dəyənəklə döyüb - FOTO Çinin "Harbin İten" klubunun futbolçuları "Yunnan Litszyan" ilə matçın fasiləsində stadionun mühafizəçiləri tərəfindən döyülüb
Futbol
25 Sentyabr , 2017 15:38
Çində stadionun mühafizəçiləri futbolçuları dəyənəklə döyüb - FOTO

Bakı. 25 sentyabr. REPORT.AZ/ Çinin "Harbin İten" klubunun futbolçuları "Yunnan Litszyan" ilə matçın fasiləsində stadionun mühafizəçiləri tərəfindən döyülüb.

"Report" RT-yə istinadən xəbər verir ki, fasilə zamanı "Harbin İten"in paltardəyişmə otağında işıqlar sönüb və onlarla mühafizəçi əllərində dəyənəklə otağa girərək futbolçuları döyüb.

"Bu, doğrudursa və onlarla mühafizəçi futbolçuları döyübsə, bəs onda onlar ikinci hissəyə necə çıxıblar və oynamağa davam ediblər?", - "Yunnan Litszyan" klubundan ittihamlara cavab veriblər.

Çin Futbol Assosiasiyası (CFA) məsələ ilə bağlı dərhal tədbirlər görüləcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi