Çində legioner futbolçularla bağlı limit dəyişdirilib

Çində legioner futbolçularla bağlı limit dəyişdirilib Komandada 3 əcnəbi oyunçu çıxış edə bilər
Futbol
16 Yanvar , 2017 14:42
Çində legioner futbolçularla bağlı limit dəyişdirilib

Bakı. 16 yanvar. REPORT.AZ/ Çində legioner futbolçulara qoyulan limit sərtləşdirilib. 

"Report"un məlumatına görə, bu barədə yerli federasiya ölkədə futbolun inkişafı naminə qərar qəbul edib.

Yeni qərara əsasən, 2017-ci ildən Çin klubları meydana maksimum 3 əcnəbi oyunçu buraxa biləcək. Ötən mövsüm start heyətdə 4, "18-lik"də isə 5 legioner yer alırdı. Habelə, klublar ilk "11-lik"də 23 yaşadək 1 çinli oyunçuya şans verə bilər.

Qeyd edək ki, son zamanlar Çin klubları heyətlərinə dünyanın məşhur futbolçularını yüksək məbləğə cəlb edirlər.

Son xəbərlər

Orphus sistemi