Çin şirkəti Fransanın "Lion" klubunun səhmərinin 20 faizini satın alıb

Çin şirkəti Fransanın "Lion" klubunun səhmərinin 20 faizini satın alıb Asiya konsorsiumu Fransa təmsilçisinə 100 milyon avro ödəyib
Futbol
28 Fevral , 2017 12:20
Çin şirkəti Fransanın Lion klubunun səhmərinin 20 faizini satın alıb

Bakı. 28 fevral. REPORT.AZ/ Çinin İDG şirkəti Fransanın "Lion" klubunun səhmlərinin 20 faizini satın alıb. "Report"un Fransa mətbuatına istinadən verdiyi məlumata görə, Asiya konsorsiumu bunun müqabilində "Lion"a 100 milyon avro ödəyib.

Ötən ilin dekabrında çinlilərdən 30 milyon avro alan Fransa təmsilçisi qalan 70 milyon avroun da klubun büdcəsinə köçürüldüyünü açıqlayıb.

Qeyd edək ki, bu investisiya yay "transfer pəncərəsi" zamanı "Lion"nun aparıcı futbolçuları heyətdə saxlaması və cari mövsümün nəticələrindən asılı olaraq, heyətini gücləndirilməsi üçün nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi