Çin klubu "Qalatasaray"ın baş məşqçisinə təklif göndərib

Çin klubu "Qalatasaray"ın baş məşqçisinə təklif göndərib Fatih Terim təklifi qəbul etsə, dünyanın ən çox qazanan üçüncü baş məşqçisi olacaq
Futbol
25 May , 2018 18:52
Çin klubu Qalatasarayın baş məşqçisinə təklif göndərib

Bakı. 25 may. REPORT.AZ/ Çinin "Dalyan Lifan" klubu Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Fatih Terimə təklif göndərib.

"Report" "Marca"ya istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssisə illik 10 milyon avro təklif olunub. 

F.Terim bu təklifi qəbul edəcəyi təqdirdə, Xosep Qvardiola və Joze Mourinyodan sonra dünyanın ən çox qazanan 3-cü baş məşqçisi olacaq. Təcrübəli baş məşqçi uğursuz nəticələr göstərən Bernd Şusteri əvəzləməyə əsas namizəddir.  

Qeyd edək ki, "Dalyan Lifan" Çin liqasında 11 turdan sonra 16 komanda arasında 15-ci pillədə qərarlaşıb. Komandanın heyətində Nikolas Qaytan və Yannik Karrasko kimi futbolçular çıxış edir. 

Son xəbərlər

Orphus sistemi